!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Co Bayden Azərbaycanın daxili işlərinə qarışarsa...” - Ağ Evin yeni sahibindən GÖZLƏNTİLƏR

!Reklam – Yazi

“Yeni prezident ermənipərəst mövqedən çıxış edərsə, öz ölkəsinin maraqlarına zidd siyasət yürütmüş olacaq”.

Bunu ABŞ-da yeni adminstrasiyasının xarici siyasətinin bölgəyə və Azərbaycana mümkün təsirlərini dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib. Politoloqun fikrincə, Co Baydenin prezidentliyinin Azərbaycan üçün ciddi təhlükələr yaradacağı gözlənilən deyil:

“ABŞ prezidenti seçilən Co Bayden sabiq prezident Donald Trampın xarici siyasətini korrektə etməyə çalışır. Lakin bəzi istiqamətlər üzrə elə də ciddi dəyişikliklərin olacağı gözlənilmir. O cümlədən, Cənubi Qafqaz və Azərbaycan istiqamətləri üzrə hər hansı dəyişikliyin baş verməsi real görünmür.

Trampın Azərbaycana və Cənubi Qafqaza münasibəti müsbət idi. Azərbaycan prezidenti İlham Əliyevə bir neçə dəfə məktub da yazmışdı. Co Bayden isə keçmişdə ermənipərəst konqresmen olub və Azərbaycanın əleyhinə qəbul edilən “907-ci düzəliş”in müəlliflərindən biridir.

Lakin Bayden artıq prezidentdir, ölkəsinin milli təhlükəsizliyi maraqlarından çıxış etməlidir. Bu fonda ABŞ-ın yeni adminstrasiyasının Azərbaycan və Cənubi Qafqazla əməkdaşlığı vacibdir. Azərbaycan artıq öz təbii qazını Avropaya nəql etməyə başlayıb, İsraillə dostluq və əməkdaşlıq edir. ABŞ öz xarici siyasətində bu amilləri nəzərə alacaq.

Çünki Azərbaycanla bağlı qeyd etdiyim amillər ABŞ üçün də faydalıdır. Yeni prezident ermənipərəst mövqedən çıxış edərsə, öz ölkəsinin maraqlarına zidd siyasət yürütmüş olacaq. Azərbaycan üçün vacib olan amil daxili işlərimizə müdaxilə edilməməsidir. Düşünmürəm ki, Bayden ölkəmizin işlərinə qarışacaq”.

Gülşən Şərif

www.yenicag.az

1955
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv