!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Co Bayden-Putin mümkün görüşündən GÖZLƏNTİLƏR: "Müharibənin dayandırılması, sülh müqaviləsinin imzalanması olmasa belə..." - ŞƏRH

!Reklam – Yazi

“Müharibənin dayandırılması, sülh müqaviləsinin imzalanması olmasa belə, Rusiya və ABŞ liderlərinin görüşünün keçirilməsi mühüm zərurətə çevrilib”.

Bunu Ukrayna müharibə mövzusunda ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putinin görüşmə ehtimalını dəyərləndirən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında səsləndirib.

İlyas Hüseynov bildirib ki, iki ölkə liderinin görüşməsinə ehtiyac var:

“Rusiya-Ukrayna müharibəsi fonunda son dövrlər vasitəçilik və diplomatik raundlar demək olar ki, keçirilmir. Burada xüsusilə Türkiyənin rolunu qeyd etmək lazımdır. Türkiyə təşəbbüslər irəli sürür, həm taxıl dəhlizi, həm İstanbulda nümayəndə heyətlərinin görüşü keçirildikdən sonra digər dövlətlər təşəbbüs göstərmirlər. Belə bir fikir formalaşır ki, dünyanın gücləri bu müharibə ilə barışıblar. Müharibənin daxilində öz maraqlarını təmin etməyə çalışırlar.

Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Co Bayden arasında görüşün keçirilməsi tərəflərin yaxınlaşması üçün müxtəlif pratokol qaydalarının müzakirəsini də özündə ehtiva edirdi. Ola bilsin, gələcəkdə Baydenlə Putin görüşsün. Bundan öncə belə bir görüş olmuşdu. Lakin görüşdə tərəflər öz mövqelərini gücləndirməyə çalışırdılar. Hər iki dövlətin proseslərə hakim olduqlarını sübut etməyə toplaşmışdılar. Müqayisə üçün deyə bilərik ki, Trampla Putin arasında görüş daha mülayim atmosferdə keçirilirdi. Belə bir təəssürat formalaşır ki, Baydenlə Putin arasında görüş keçirilərsə, bu, sanki ABŞ Prezidentinin üstünlüyü olacaq. Çünki Rusiya qoyulan məqsədlərə tam çata bilməyib. Yaxud hazırda Ukraynanın əks hücum əməliyyatları fonunda təbii ki, Rusiya liderinin də şəxsi nüfuzu, mövqeyi və dövlətinin apardığı siyasət sarsılıb. Putin-Bayden görüşünün baş verməsi də daha çox Rusiya liderinə lazımdır.

Ukraynaya Qərbin dəstəyi müşahidə olunur. Məsələni tez bir zamanda bitirmək mümkün deyil. Qarşıdan qış ayları gəlir. Bu aylarda Rusiya neft-qaz qiymətlərinin artırılması ilə təhdid edir, eyni zamanda da döyüş teatrında həmlələrin edilməsini planlaşdırır. Rusiya həm də belə bir mif yaradıb ki, qış aylarında Rusiya ordusu yaxşı vuruşur.

Nəzərə almaq lazımdır ki, bu gün Rusiya təkbaşına bu işi görür. İkinci Dünya Müharibəsində isə bütün müttəfiq dövlətlər – 15 respublika faşizmə qarşı müharibə aparırdı. Bu gün dünya müharibəsi ilə hazırkı müharibə yönündə paralellər aparmaq doğru deyil. Günümüzdə texnologiya, yanaşmalar, texnikalar, hərb sənəti transformasiyaya uğrayıb. Ona görə də siyasi danışıqların keçirilməsinə böyük ehtiyac var”.

Səxavət Məmməd

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv