!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çöhrəqanlının uzun illərdən sonra məhz bu ərəfədə yenidən Azərbaycana gəlməsi...” – DAK rəsmisi

!Reklam – Yazi

“Hər halda, səfərinin məqsədi və baş verən prosesələrə yanaşması haqqında özü ətraflı danışacaq”.

Bu fikirləri Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, uzun müddətdir ABŞ-də məskunlaşan doktor Mahmudəli Çöhrəqanlının Azərbaycana gələn həftəyə planlaşdırdığı səfər anonsunu dəyərləndirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Çöhrəqanlının İranla münasibətlərin gərgin olduğu indiki dönəmdə Azərbaycana gəlmək qərarı diqqəti cəlb edir:

“Çöhrəqanlının uzun fasilədən sonra Azərbaycana gəlmək qərarını açıqlaması əlamətdar haldır. Bilirsiniz ki, Güneydəki hərəkat bir müddət onun adı ilə bağlı olub.

Daha sonra onun fəaliyyətindəki müəyyən məqamlar birmənalı qarşılanmadı və nəticədə Çöhrəqanlı ABŞ-yə getməli oldu. Onun uzun illərdən sonra məhz bu ərəfədə yenidən Azərbaycana gəlməsi diqqəti cəlb edən məqamdır.

Ümid edirəm ki, bu səfər ümumi işimizin faydasına olacaq. Hər halda, səfərinin məqsədi və baş verən prosesələrə yanaşması haqqında özü ətraflı danışacaq. İndiki halda bizim ifadə edəcəyimiz münasibət yalnız bu ola bilər ki, xoş gəlir”.

A.Zeynalov

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv