!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Coinbase” 1 milyard dollardan çox itki verdi

!Reklam – Yazi

Kriptovalyuta mübadiləsi platformasını idarə edən Amerika şirkəti “Coinbase” bu ilin ikinci rübündə kriptovalyutaların azalması ilə əlaqədar təxminən 1,1 milyard dollar itki verib.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bu barədə “Coinbase” şirkətinin 2022-ci ilin aprel-iyun dövrü üçün açıqladığı balans hesabatında məlumat verilib.

Hesabata görə, şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 61 faiz azalaraq 803 milyon dollara düşüb. Şirkət bu ilin ikinci rübündə kriptovalyutaların azalması səbəbindən təxminən 1,1 milyard dollar itirib.

İlin ikinci rübününün kriptovalyuta şirkətləri üçün “davamlılıq sınağı” olduğu açıqlanan hesabatda şirkətin gələcək perspektivinin müsbətə doğru dəyişəcəyi ehtimal olunur.

Gülşən

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv