!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çölçü axınında nələr yaşandı? - FOTOLAR

!Reklam – Yazi

“Azərbaycanda turizmin inkişafına “Çölçü” İB-nin çox böyük faydası ola bilər. Mən turist bələdçisi olduğumdan bilirəm ki, Azərbaycana gələn xarici turistlərin çoxu yaşlı nəslin nümayəndələridir. Gənclər isə daha çox aktiv turizm sevdiklərindən bu günə qədər başqa ölkəni seçirdilər. Amma “Çölçü” İB təşkil etdiyi çölçü axınları ilə Azərbaycanın yeni yerlərinin tanıdılması və araşdırılması istiqamətində işlər görməklə bərabər axın iştirakçıları arasında aktiv çölçü oyunları da keçirir. Bu oyunlara öz adət-ənənələrimizi də qataraq iştirakçılara həyacanlı anlar yaşadır.”

Yenicag.az xəbər verir ki, bu sözləri turist bələdçisi Elnarə Cəbrayılova deyib.

Beləki, pandemiya dönəmində çöl axınlarına ara verən “Çölçü” İB yeni yerlər kəşf edərək o yerlərə çölçü axınları təşkil etməyə davam edir. “Çölçü” İB-nin növbəti belə axını bu dəfə Qubanın Susay meşəsinin dərinliklərində yerləşən Şam bulağına olub. Rayonun Gəray kəndindən Susay kəndindəki bulağa qədər olan məsafəni 2 saata qədər vaxt ərzində yürüyən axın iştirakçıları çətin yollardan keçib, insan ayağı dəyməyən zəngin ekosistemi olan meşə ilə hərəkət edərək dərələrdən keçib, təpələr aşdılar, yollarının kəsən dumduru çayı birlikdə atladılar, yollarından dönmədilər, yorulmadılar.

“Çölçü” İB-nin rəhbəri rejissor Eltən Törəçi deyir ki, birliyin əsas məqsədi gəzi deyil, “Yurdu tanımasan, görməsən, dağını, meşəsini, şəlaləsini, bulağını tanımasan onu dərindən sevə sevə bilmirsən. Çünki insan öz gözü ilə görmədiklərinin dəyərini verə bilmir. Amma o gözəllikləri gedib gördükdə, yaxından hiss etdikdə, o bulaqdan su içdikdə, o şəlalənin səsini eşitdikdə onu dərindən mənimsəyir. Və yurdun hər qarışı, hər addımı sənə əziz olur, doğma olur. Orda xatirələrin, anıların olur. O zaman yurdu yuvan kimi görə bilirsən.”

Uzun yolçuluğun ardından Susay meşəsindəki Şam bulağına yetişən çölçü axının iştirakçıları bulağın buz kimi suyundan içib, əl-üzlərini yuyub sərinləyiblər. Dağ otları ilə dəmlənmiş samovar çayı süfrəsi arxasında çölçü dürməyinin dadına baxan qatılımçılar daha sonra çölçü oyunları oynayıblar.

Hər çağ milli mənəvi dəyərləri üstün tutan və bu dəyərləri yaşatmaq yolunda çalışan “Çölçü” İB keçirdiyi bütün çölçü axınlarınıda Azərbaycanın gələnəksəl oyunlarını tanıdır və yaşadır.

Çölçü axınlarında gələnəksəl oyunlarımızı tanıdıb, təbliğ edən “Çölçü” İB-nin sədri Eltən Törəçi bu axınlarda da qatılımçılara gələnəksəl türk oxçuluğu təlimləri keçərək, onların oxçuluq bacarıqlarını sınadı.

Hər çölçü axınında olduğu kimi bu dəfə də çölçü oyunlarının sonunda qaliblərə hədiyyələr təqdim edildi. Amma hədiyyə alan təkcə çölçü oyunlarının qalibləri olmadı. Qaliblər arasında çevrəsində gördklərindən ən anlamlı kompazisiya quran və əlbətdəki, oxçuluq təlimlərində yüksək bacarıq göstərən iştirakçılar da oldu.

Axının sonunda ocaqda bişirilən çölçü kartofunun dadına baxıldı, kartofun bişirilmə texnalogiyası anladıldı.

Onu da xatırladaq ki, 2015-ci ildən fəiliyyət göstərən Çölçü Klubu Eltən Törəçinin rəhbərliyi altında Azərbaycanın az gedilən,az tanınan, bəzən isə insan ayağının dəymədiyi yerlərin turizm patensilını kəşf edərək bu yerlərin gözəlliklərini tanıdıb üzə çıxarmağı bacarıb.

Kəşf edilən belə yeni yerlərə çölçü axınları təşkil edən klub 2021-ci ildən öz fəailiyyətini rəsmiləşdirərək “Çölçü” İB kimi milli mədəni irqin təbliği və tanıdılması istiqamətində işlər görür.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv