!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Comedy bazaar” layihəsinin ikinci mövsümü başlayır - 2 000 AZN MÜKAFAT

!Reklam – Yazi

Yumoristlərin öz istedadlarını göstərməsinə şərait yaradan “Comedy bazaar” bu ay ikinci mövsümünə başlayır.

İştirakçılar 14-15 may tarixində “İnterContinental” hotelində keçiriləcək kastinq əsasında müəyyən ediləcək. Kastinqdə öz yumor istedadına inanan hər kəs iştirak edə bilər. Kastinqdə diqqət çəkən çıxışçılar qarşıdakı üç ay müddətində müxtəlif səhnələrdə çıxış etmək və ən əsası, bu ilin sentyabr ayında “Energy” klubda keçiriləcək final mərhələsində iştirak etmək imkanı qazanacaqlar.

Çıxışlar məşhur yumoristlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və bir nəfər qalib seçiləcək.

Bu il yarışmanın mükafat fondu 2000 AZN təşkil edir.

Qeyd edək ki, “Comedy Bazaar” müsabiqəsinin builki təşkilatçıları “Comedy Club”, “Naşa Raşa” və “Projektorperishilton” layihələrinin ssenaristi, Semyon Slepakovun bütün yumoristik mahnılarının müəllifi, “XB” yumoristik televiziya proqramının prodüseri və ssenaristi Cavid Qurbanov və Moskvada baş tutan “Kamedi Battl”ın iki kastinqinin iştirakçısı, öz “stand-up”ları ilə Bakı, Çikaqo, Minsk, Moskva və Krasnodarda çıxış edən Teymur Kərimovdur.

Xatırladaq ki, birinci mövsüm 2021-ci ilin yanvar ayında keçirilən kastinqlə başlayıb və 9 mayda final konserti ilə yekunlaşıb.

Öz istedadına güvənən hər kəsi 14-15 may tarixlərində keçiriləcək kastinqdə iştirak etməyə dəvət edirik.

Kastinqdə iştirak etmək üçün dillə bağlı heç bir məhdudiyyət yoxdur. İştirak etmək istəyənlərin saytda Azərbaycan və rus dillərində olan anket vərəqini doldurmaları kifayətdir.

Artıq zarafatlarınla pul qazanmağın və 2000 AZN-nin sahibi olmaq vaxtıdır.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv