!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COP28-in yekun sənədi qəbul olundu

!Reklam – Yazi

Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT konfransı COP28-in yekun sənədi qəbul olunub.

Yenicag.az xəbər verir ki, BMT konfransı COP28 ilk dəfə olaraq ölkələri iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa sövq edəcək sazişi təsdiq edib.

Bu, prezidentliyin sammit sazişinin yekun layihəsini dərc etməsindən bir neçə saat sonraya təsadüf edir.

Qlobal “Stocktake” Sazişi kimi tanınan sənəd ilk dəfə olaraq builki danışıqlarda bir çox ölkənin əsas tələbi olan qalıq yanacaqların istifadəsinə birbaşa toxunur.

Sənəd ölkələri “kritik on illikdə” qalıq yanacaqdan uzaqlaşmağa çağırır.

İki həftəlik gərgin danışıqlardan sonra Dubayda əldə edilən razılaşma investorlara və siyasətçilərə dünyanın iqlim fəlakətinin qarşısını almaq üçün qalıq yanacaqlarından uzaqlaşmağa dair güclü siqnal göndərmək məqsədi daşıyır./apa

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv