!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Corabın içində narkotik aşkarlandı

!Reklam – Yazi

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında narkotik vasitənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, Baş idarənin “Astara” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirsə də, şəxsi yoxlama zamanı vətəndaşın corabının alt hissəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd selofan bükümdə, ümumilikdə çəkisi 5,304 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv