!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19-a yoluxan kişinin ayaqlarının rəngi dəyişdi

!Reklam – Yazi

Amerikada uzun müddət koronavirusdan müalicə olunan kişinin ayaqlarının rəngi dəyişib.

Yenicag.az xəbər verir ki, “The Lancet”də dərc olunan məqaləyə görə, COVID-19 kişilərdə ayaq rəngini dəyişə bilər.

Elm adamlarının sözlərinə görə, otuz üç yaşlı kişi altı ay ərzində ayaq üstə duranda ayaqlarının rənginin sürətlə bənövşəyi rəngə çevrilməsindən şikayətlənib. Eyni zamanda, o uzananda ayaqlarının normal vəziyyətinə qayıtdığını bildirib.

Həkimlər xəstəyə uzunmüddətli koronavirusla bağlı avtonom sinir sisteminin nasazlığı diaqnozu qoyublar. Ayaqların rənginin dəyişməsi venoz qanın yığılması ilə bağlıdır.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir ay ərzində dünyada koronavirusa yoluxanların sayının təxminən iki dəfə – 80% artdığını bildirmişdi./unikal.az/

www.yenicag.az

213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv