!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19-dan sonra Şimali Koreyada ərzaq qıtlığı

!Reklam – Yazi

COVID-19 epidemiyasının başlamasından sonra sərhədlərini tamamilə bağlayan Şimali Koreyada ərzaq qıtlığının artdığı ehtimal edilir.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyada ərzaq qıtlığına görə çox sayda insanın aclıqdan ölə biləcəyi bildirilir.

Cənubi Koreyanın paytaxtı Seuldakı Kyungnam Universitetinin Uzaq Şərq Araşdırmaları İnstitutunun professoru Lim Eun-çul, “Kim Jong-un ərzaq problemini əsaslı şəkildə həll edə bilməsə, nüvə proqramı ilə davamlı şəkildə irəliləyə bilməz, çünki ictimai dəstək sarsılacaq”, – deyə qeyd edib.

Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonqsam naməlum sayda Şimali Koreyalının aclıqdan öldüyünü, lakin vəziyyətin  1990-cı illərdəki aclıq qədər ciddi olmadığını bildirib.

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv