!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“COVID-19 pandemiyası qlobal ömür müddətini 1,6 il azaldıb” - The Lancet

!Reklam – Yazi

Qlobal ömür uzunluğu COVID-19 pandemiyasının pik həddində 1,6 il azalıb.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “The Lancet”də dərc olunub.

Qlobal ömür uzunluğu – insanın doğulduqdan sonra yaşaya biləcəyi orta illərin sayıdır.

Yeni araşdırmaya görə, pandemiyadan əvvəl qlobal ömür uzunluğu 1950-ci ildəki 49 yaşdan 2019-cu ildə 73 ildən çox artaraq yüksəlirdi.

Lakin 2019-2021-ci illər arasında bu tarixi tendensiya tərsinə çevrildi. Bu dövr pandemiyanın ilk iki ilini əhatə edir. Bu dövrdə ölüm halları pik həddə çatıb.

“COVID-19 pandemiyası bütün dünyada böyüklərə son yarım əsrdə baş verən hər hansı hadisədən, o cümlədən münaqişələr və təbii fəlakətlərdən daha dərin təsir göstərmişdir” – Vaşinqton Universitetinin səhiyyə elmləri üzrə dosent vəzifəsini icra edən aparıcı tədqiqat müəllifi Austin Şumaxer bildirib.

2020 və 2021-ci illərdə təqribən 16 milyon insan ya birbaşa COVID-19-dan, ya da qlobal epidemiyanın nəticələrindən, o cümlədən tibbi yardım axtarmaqda gecikmələrdən ölüb.

Bu ölüm sayı qlobal orta ömür uzunluğunun 2019-cu ildəki 73,4 ildən 2021-ci ildə 71,8 ilə qədər azalmasına səbəb olub.

“Pandemiya zamanı ölkələrin və ərazilərin 84%-də gözlənilən ömür uzunluğu azaldı və bu, yeni patogenlərin dağıdıcı təsirini göstərdi”, – Şumaxer deyib.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv