!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19 peyvəndlərinin TƏHLÜKƏLƏRİ - İlk dəfə AÇIQLANDI

!Reklam – Yazi

COVID-19 vaksinləri sağlamlıq riskləri yaradır.

Yenicag.az xəbər verir ki, bunu “Vaccine” tibbi jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir.

Alimlər koronavirusa qarşı peyvənd olunanlar arasında nevroloji və ürək-damar xəstəlikləri riskinin artdığını müəyyən ediblər.

Qlobal Peyvənd Məlumat Şəbəkəsinin üzvləri olan məqalənin müəllifləri 8 ölkədən peyvənd olunmuş 99 milyon insanın məlumatlarını öyrəniblər.

Pfizer, BioNTech və Moderna dərmanlarını qəbul edən xəstələrdə nevroloji və ürək-damar xəstəliklərinə tutulma ehtimalı daha yüksək olub, miokardit riskinin artması müşahidə edilib.

AstraZeneca-dan Vaxzevria qəbul edən insanlarda Guillain-Barré sindromu, immunitet sisteminin periferik sinirləri dağıtdığı bir xəstəlik olma ehtimalı daha yüksək olub.

Alimlər 190 patoloji hal müəyyən ediblər. Xəstəliyin orta statistik göstəricilərini nəzərə alsaq, 66 belə hal olmalı idi.

Peyvəndlərin digər yan təsirləri arasında transvers mielit və kəskin yayılmış ensefalomielit – onurğa beyni və beyin patologiyaları riskinin artması qeyd edilib.

Məlumata görə, son üç il ərzində 13,5 milyard COVID-19 peyvəndi tətbiq edilib.
Təkcə Avropada bu vaksinlər bir milyondan çox insanın həyatını xilas edib.

Xuraman Etibarlı

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv