!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

COVID-19 testlərinin cavabı niyə gecikir? - AÇIQLAMA

!Reklam – Yazi

Son zamanlar vətəndaşlar arasında koronavirus ilə bağlı verilən PZR testlərinin cavablarının gecikməsi ilə bağlı şikayətlər artıb.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov COVID-19 testlərinin nəticələrində gecikmələrlə bağlı məsələyə münasibət bildirib.

O bildirib ki, müraciət edən hər bir şəxsin nümunəsi PZR üsulu ilə işlənmək üçün bir neçə mərhələdən keçir:

“İlk öncə nümunədən DNT-nin ekstraksiyası (ayrılması), sonra isə amplifikasiyası (aparatda oxunması) həyata keçirilir. Amplifikasiya mərhələsini həyata keçirmək üçün aparata 96 şəxsin nümunəsi yerləşdirilməlidir (məsələn, əgər test CFX96 BioRad cihazında aparılarsa). Kütləvi yoluxmalar zamanı az sayda nümunənin aparata qoyulması məqsədəuyğun sayılmır. Belə ki, hər üç mərhələni nəzərə aldıqda (ekstraksiya, amplifikasiya və nümunələrin yığılaraq bir məntəqəyə göndərilməsi) PZR testin cavabını 96 nəfər üçün 3-4 saatdan sonra əldə etmək mümkün olur. Bunu nəzərə alaraq, 10-20 min testi həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bu səbəbdən də son günlərdə testlərin cavablarının çıxmasında müəyyən gecikmələr müşahidə edilməkdədir”.

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv