!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çox böyük maliyyə imkanları olan bank deyil, ancaq...” - EKSPERT ŞƏRHİ

!Reklam – Yazi

“Ötən ilin məlumatlarına görə Azərbaycan 40-a qədər layihəyə maliyyə ayırıb”.
Bu sözləri Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbyacan Mərkəzi Bankı (AMB) arasında keçirilən görüşə münasibət bildirən iqtisadçı ekspert Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında bildirib.


O həmçinin qeyd edib ki, sözügedən bank ölkəmizin enerji sektoruna da maliyyə ayırması ilə diqqət çəkir:

“Bildiyimiz kimi, bu bank Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aid bir bankdır və 11 ölkə təsisçisidir, o cümlədən də Azərbaycan. Bankın məqsədi Qara dəniz hövzəsindəki bu 11 ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirən və ya bu ölkələrin inkişaf prioritetlərinə uyğun layihələri maliyyələşdirməkdir. Çox böyük maliyyə imkanları olan bank deyil, ancaq üzv ölkələrin bəzi əhəmiyyətli hesab etdiyi layihələrə pul ayırır.

Ötən ilin məlumatlarına görə Azərbaycan 40-a qədər layihəyə maliyyə ayırıb. Bunların da təxminən yarıya qədəri kiçik və orta sahibkarlıq layihələridir. Bu bankın nizamnamə kapitalında Azərbaycanın 5% payı var. Hesab edirəm ki, bundan sonra həmin bankın açdığı kreditlərdən Azərbaycanın istifadə etməsi əlavə imkandır. Bildiyimiz kimi, bu bank Azərbaycanın enerji sektoruna da pul ayırır. Şahdəniz kimi layihələrimizdə iştirak edib, “Socar Türkiyə”yə kreditlər verib və.s. İndi Mərkəzi Bankın rəhbəri ilə görüşdə yəqin ki, bankın Azərbaycan üzrə strategiyası haqqında müzakirələr aparılıb və gələcəkdə hansı istiqamətlər üzrə Azərbaycan bank sistemi ilə əməkdaşlıq edəcəklərini müəyyən ediblər. Hesab edirəm ki, Azərbaycanın xaricdən cəlb etdiyi kredit resurlarını bu tipli maliyyə institutları ilə əməkdaşlıq edərək mümkün ölçüdə diversifikasiya etməsi strateji baxımdan əhəmiyyətli hesab olunmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv