Hər birimiz fərqində olmadan bəzən normadan artıq yeyirik.
Yenicag.az xəbər verir ki, sadə üsulları tətbiq edərək çox yeməyin qarşısını almaq mümkündür.
- Diqqətini yeməyə ver – Yemək yeyərkən telefon, tv, kompüter kimi diqqət dağıdan əşyalardan uzaq olun.
- Özünə dəyər ver – Həddindən artıq məhdudiyyətlər qoymaq aclıq krizlərinə səbəb olur. Buna görə də, vaxtaşırı ürəyinizin istədiyini yeyin.
- Zərərli qidalardan uzaq olun – Evinizdə hazır və asan qəbul edə biləcəyiniz qidaları saxlamayın.
- Boşqabdan yeyin – Tək olsanız belə, qazandan yemək götürməyin. Bununla porsiyalarınıza nəzarət etmək daha asan olacaq.
- Stresdən uzaq olun – Stress daha çox yemək yemə istəyi yaratdığı üçün bu cür sitüasiyalardan uzaq olmağa çalışın.
- Lifli qidalar qəbul edin – Fındıq, lobya və.s. kimi lifli qidalar uzun müddət toxluq hissi yaradır.
- Dost çevrənizə diqqət edin – Ətrafınızda sağlıqsız qidalar yeyən insanlar çoxaldıqca istər-istəməz siz də onlara oxşayacaqsınız. Buna görə də, dost seçərkən ehtiyatlı olun.
- Su için – Yeməyin yanında kola və ya meyvə şirəsi içmək əvəzinə su qəbul edin.
- Sağlam yağlara üstünlük verin – Avokado, fındıq, zeytin yağları uzun müddət tox saxlayır.
- Protein qəbul edin – Tərkibində protein olan qidalar yeyin. Xüsusilə, səhər yeməyində qəbul edəcəyiniz yumurta sizi uzun müddət enerjili edəcək.