!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çox yemək vərdişindən xilas olmaq üçün 10 MƏSLƏHƏT

!Reklam – Yazi

Hər birimiz fərqində olmadan bəzən normadan artıq yeyirik.

Yenicag.az xəbər verir ki, sadə üsulları tətbiq edərək çox yeməyin qarşısını almaq mümkündür.

  1. Diqqətini yeməyə ver – Yemək yeyərkən telefon, tv, kompüter kimi diqqət dağıdan əşyalardan uzaq olun.
  2. Özünə dəyər ver – Həddindən artıq məhdudiyyətlər qoymaq aclıq krizlərinə səbəb olur. Buna görə də, vaxtaşırı ürəyinizin istədiyini yeyin.
  3. Zərərli qidalardan uzaq olun – Evinizdə hazır və asan qəbul edə biləcəyiniz qidaları saxlamayın.
  4. Boşqabdan yeyin –  Tək olsanız belə, qazandan yemək götürməyin. Bununla porsiyalarınıza nəzarət etmək daha asan olacaq.
  5. Stresdən uzaq olun – Stress daha çox yemək yemə istəyi yaratdığı üçün bu cür sitüasiyalardan uzaq olmağa çalışın.
  6. Lifli qidalar qəbul edin – Fındıq, lobya və.s. kimi lifli qidalar uzun müddət toxluq hissi yaradır.
  7. Dost çevrənizə diqqət edin – Ətrafınızda sağlıqsız qidalar yeyən insanlar çoxaldıqca istər-istəməz siz də onlara oxşayacaqsınız. Buna görə də, dost seçərkən ehtiyatlı olun.
  8. Su için – Yeməyin yanında kola və ya meyvə şirəsi içmək əvəzinə su qəbul edin.
  9. Sağlam yağlara üstünlük verin – Avokado, fındıq, zeytin yağları uzun müddət tox saxlayır.
  10. Protein qəbul edin – Tərkibində protein olan qidalar yeyin. Xüsusilə, səhər yeməyində qəbul edəcəyiniz yumurta sizi uzun müddət enerjili edəcək.

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv