!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxalan xəstəliklərin STRESS MƏNBƏYİ: Əsas səbəblər bunlardır...

!Reklam – Yazi

“Xəstəliklərin mənbəyi və çoxalmasında olan əsas səbəb demək olar ki, stresdir”.

Bu fikirləri stressin insan psixologiyasına təsiri və onun idarə olunması yolları haqda danışan psixoloq Vəfa Rəşidova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün insanlar stressi necə idarə edə biləcəkləri haqda heç bir məlumata sahib deyillər.

“Tıxaclar, ictimai nəqliyyatdan istifadə, indiki zamanda insanları ən çox yoran məsələdir. Azərbaycanda insanlar ümumiyyətlə stressi necə idarə edilməsinin qaylarından xəbərsizdir. Mən Avropa və digər ölkələrdə də yaşamışam. Təcrübəm onu göstərir ki, bir çox ölkədə insanlar stresslərini idarə etmək üçün əllərindən gələni edirlər. Azərbaycan yeganə ölkədir stresslə mübarizə aparmır”, – deyə o əlavə edib.

Mütəxəssis qeyd edir ki, stressi idarədə səbr, təmkin və davranış önəmli faktordur:

“İnsanın birinci düşmənin onun yaşadığı srtessdir. Stress yaşayan insanlar infakt, insult kimi xəstəliklərə daha tez tutulur. Bütün xəstəliklərin mənbəyi və çoxalmasında olan əsas səbəb demək olar ki, stresdir. Stressi idarə etmək üçün səbr, təmkin, davranış önəmli faktordur. Stressi idarə etmək mədəniyyətin, dəyərin, yaşantının bir parçası olmalıdır. Lakin bu gün insanlar stressi necə idarə edə biləcəkləri haqda heç bir məlumata sahib deyillər. Ona görə də, hazırda bir çox insan davranış pozuntusundan əziyyət çəkir”.

Ekspertin fikrincə, insanların stressə davamlılığı onu yaşamamaqdan ötrü səy göstərildikdə çoxalır.

“Bu gün əsəb və stressin başlıca səbəblərindən biri nəqliyyatda olan tıxaclar olsa da, ölkəmiz də bunun qarşısının alınması üçün xeyli işlər görülüb. Lakin fərdlər də müəyyən qədər bu prosesə yardımçı olmalıdır. İnsanın stressə davamlılığı həmin stressi yaşamamaqdan ötrü səy göstərdiyi zaman çoxala bilir. Məsələn, hər hansı bir məkana gedən zaman gecikib stressə düşməmək üçün evdən daha tez çıxmaq, nəqliyyatın müəyyən pik vaxtlarında çölə çıxmamaq, yaxud başqa alternativ fikir formalaşdırmaq kimi addımlar atılmalıdır. Lakin biz bunların tam əksinin şahidi oluruq. Təbii ki, belə hallarda da stress qaçınılmaz olur. Ümumiyyətlə stress bir bakteriyaya bənzəyir. Əgər on nəfər içərisində bir nəfər belə stressli olarsa, digərlərinə də təsir göstərir. Hər bir fərd stressi özündən necə dəf edə bilməyinin yollarını axtarmalıdır. Əks halda insult , aqressiya, ailədaxili münasibətlərdə olan aqressiyanın fəsadları kimi hallar özünü biruzə verir”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv