!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxillik təcrübəsi olan sürücülərin ƏMİNLİYİ: "Yol qəzalarının səbəbkarı..." - Ekspert 

!Reklam – Yazi

Statistikaya görə, baş verən ağır yol qəzalarının çox hissəsi 10 ildən artıq sürücülük təcrübəsi olanların iştirakı ilə törədilib. Belə ki, yol qəzalarının sayının artmasında təcrübəsi çox olan sürücülərin payının yüksək olması müşahidə olunur. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, baş verən yol-nəqliyyat hadisələrində təcrübəli sürücülərin payının çox olmasının bir neçə səbəbi var:

“Başlıca səbəb həmin sürücülərdə özünəvurğunluq hissidir. Təcrübəsi çox olan sürücülər idarə etdiyi nəqliyyat vasitəsilə qəza törədəcəyinə inanmır. Özünə əminliyin yüksək olması isə yol qəzalarına yol açır. Bununla yanaşı, sürət və ara məsafəsinin düzgün seçilməməsi də qəzaların sayını artırır. Sürücünün təcrübəsindən asılı olmayaraq, qeyd olunan amillərə diqqət edilmədikdə yol qəzası qaçılmaz olur. Son zamanlar xüsusən də Bakı şəhərində sürücülərin yüksək sürətə meylli olması nəzərə çarpır. Bu, sürücülərin psixoloji vəziyyəti və eyni zamanda avtomobillərin texniki parametrləri ilə bağlıdır. Şəhərdə daha çox yüksəkparametrli nəqliyyat vasitələrinə üstünlük verilir. Sürücülər arasında mühərrik gücü sürəti asanlıqla yığa bilən avtomobillərin sayı artıb. Bu baxımdan gün keçdikcə qəzaların, həmçinin ölən və ya yaralanan şəxslərin sayında artım baş verir. Yol qəzalarının qarşısını almaq üçün qeyd olunan amillərə əməl edilməsi məqsədəuyğundur”.

Gülşən Şərif

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv