!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxları bu qərarı gözləyir: Kimlər əfv olunacaq? - Komissiya üzvü AÇIQLADI

!Reklam – Yazi

“Komissiyaya daxil olan ərizələr qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır, müvafiq arayışlar hazırlanır və Əfv Komissiyasının iclaslarında da bu geniş şəkildə müzakirə olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında növbəti əfv sərəncamında kimlərin əfv olunub-olunmayacağı ilə bağlı sualı cavablandıran Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

 

Onun sözlərinə görə, hər il komissiyaya yüzlərlə müraciətlər olsa da, bir çox halda bu müraciətlər aidiyyatı üzrə olmur.

“Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv sektoru fasiləsiz olaraq çalışır. Bütün ilboyu hər gün əfvlə bağlı müraciətləri qəbul edərək, emal edir və onunla bağlı müvafiq sənədlər hazırlayaraq, onu komissiyanın sədrinə təqdim edir”, – deyə o əlavə edib.

Ə.Nuriyevin sözlərinə görə, hər il komissiyaya yüzlərlə müraciətlər olsa da, bir çox halda bu müraciətlər aidiyyatı üzrə olmur:

“Ona görə də həmin müraciətlər aidiyyatı üzrə göndərilir. Komissiyaya daxil olan ərizələr də qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır, müvafiq arayışlar hazırlanır və Əfv Komissiyasının iclaslarında da bu geniş şəkildə müzakirə olunur.

Kimlərin əfv olunması məsələsi ilə bağlı qərarı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qəbul edir. Ona görə də biz konkret olaraq kimlərin əfv olunacağı ilə bağlı məlumata sahib deyilik. Əfv Komissiyası ölkə başçısının əfv hüququnun reallaşdırılmasının təşkilatı, texniki tərəflərini həll edir və cənab prezidentə rəylər hazırlayıb təqdim edir”.

İsmayıl Bakuvi

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv