!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Crocus” terrorunun “cızdığı” “YOL XƏRİTƏSİ”: “Putin bu olaydan istifadə edərək...”

!Reklam – Yazi

 

“Putinin aqressivləşməsi onun istədiyi nəticəni verməyəcək, əksinə, Qərb daha çox dirəniş göstərəcək”.

Bu fikirləri Moskvada törədilmiş terror aktından sonra Rusiya rəhbərliyinin davranışlarını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, qlobal təlatümlər fonunda ABŞ öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir:

“Zənnimcə, Putinin baş verən terror aktının məsuliyyətini Ukraynanın üzərinə atması onun uydurmasıdır. Hər əlamətindən görünür ki, terror aktında İŞİD izi var. İŞİD bununla özünü yenidən meydana atmaq istəyir.

Putin elə hesab edir ki, terror akından istifadə edib Ukraynaya daha sanballı zərbələr vura biləcək, bu zaman Qərb də susacaq. Bunların hamısı əfsanədir. Bundan sonra Qərb fəallığını artırarmaqda, Ukraynaya yardımları daha da genişləndirməkdədir. Putinin aqressivləşməsi onun istədiyi nəticəni verməyəcək, əksinə, Qərb daha çox dirəniş göstərəcək.

Hər halda, Putin İranın göndərdiyi raketlərlə, PUA-larla Ukraynaya zərbələr endirəcək. Ancaq qərb də artlq Ukraynaya uzaqmənzilli raketlər, texinkalar göndərir. Bununla Ukrayna Krım körpüsünü və ölkədəki işğalçı kontingenti məhv edə bilər. Lakin dünyanın nizamı pozulmaqdadır. ABŞ öz üzərinə düşən missiyanı yerinə yetirə bilmir. Putinə gəldikdə isə onun etmək istədikləri bumeranq effekti verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv