!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

 “Crush” SENDROMU: Zəlzələdən sağ çıxanların bəziləri buna görə dünyasını dəyişir

!Reklam – Yazi

Türkiyədə fevralın 6-da baş verən zəlzələdə dağıntı altında qalmış şəxslərin axtarışları hələ də davam edir. Lakin xilas edilən şəxslərdən bəziləri tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə ölümlər “crush” (əzilmə – red) sendromu səbəbi ilə baş verir.

Məşhur türk həkim Aydın Türkmen bildirib ki, dağıntı altından yeni çıxarılan şəxslərə yalnız su içirtmək və ya müxtəlif dərmanlar vermək lazımdır. O, həmçinin qeyd edib ki, dərhal yemək, meyvəli içkilər və ya şəkərli qidalar tükətmək olmaz.

Zəlzələ bölgələrindən İstanbul xəstəxanalarına aparılan 11 ağır xəstənin bu sendrom səbəbi ilə ölüm riski var. Qeyd edilib ki, dağıntı altında qalmış şəxslərin axtarışı zamanı mütləq bu barədə təhsil almış professional şəxslər də iştirak etməlidir.

“Crush” sendromuna məruz qalan insanlar ilk başda sağlam görünsə də, bir müddət sonra təzyiq, hipotermiya, ürək ritminin pozulması kimi simptomlarla özünü biruzə verir. Bu da onların anidən dünyalarını dəyişməyinə səbəb olur.

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv