!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçularımız “Böyük dəbilqə” turnirinin ilk gününü 2 medalla başa vurdular

!Reklam – Yazi

Azərbaycan cüdoçusu Ruslan Paşayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Matteo Pirasa qalib gəlib.

Daha əvvəl Balabəy Ağayev (60 kiloqram) yarışda üçüncü yeri tutub. Bununla da Azərbaycanın cüdo millisi “Böyük dəbilqə”nin ilk gününü iki medalla başa vurub.

Bu gün mübarizəyə qoşulan yığmanın digər 6 üzvü mükafatçılar sırasına düşə bilməyib.

Qeyd edək ki, Azərbaycan yarışda 9 çəki dərəsində 11 kişi və 4 qadın cüdoçu ilə təmsil olunur.

Turnir martın 24-dək davam edəcək./Azertag/

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv