!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayırlar

!Reklam – Yazi

Bu gün Azərbaycanın daha beş yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, oğlanların yarışında 60 kiloqram çəki dərəcəsində Məhəmməd Musayev, 66 kiloqramda isə Əbil Yusubov və Cəsur İbadlı qüvvələrini sınayacaqlar.

Qızlarda isə 48 kiloqramda Vüsalə Hacıyeva ilə 52 kiloqramda Xədicə Qədəşova tatamiyə çıxacaqlar.

Məhəmməd Musayev ilk görüşündə Amsar Camaldinov (Belçika) – Rozqa Rozqa (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.

Əbil Yusubov mübarizəyə başlamaq üçün Mişiqtoqo Tsedendamba (Monqolustan) – Razmik Qaltsyan (Ermənistan) cütünün qalibinin müəyyənləşməsini gözləyəcək.

Cəsur İbadlı paraqvaylı Aqustin Ledesma ilə üz-üzə gələcək.

Vüsalə Hacıyeva Malek Otmeni (Tunis) – Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi ilə mübarizə aparacaq.

Xədicə Qədəşova isə serbiyalı Mina Qaciçdən güclü olmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kiloqram çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medala yiyələnib.

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv