Cüneyt Çakır millimizin oyununda

Futbol üzrə Azərbaycan millisinin Makedoniyaya qarşı keçirəcəyi yoxlama matçını idarə edəcək hakimlər müəyyənləşib.

Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Məşhur FİFA referisi Cüneyt Çakır da millimizin oyununa təyinat alıb. O, Antalyada keçiriləcək oyunda videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Qeyd edək ki, Makedoniya ilə qarşılaşma martın 27-də Antalyadakı “Mardan” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu oyunda millimizin tarixində ilk dəfə VAR sistemindən istifadə olunacaq.

COP29