!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cütlüklər arasındakı ANLAŞILMAZLIQLAR: Boşanmalar daha çox bu səbəblərdən olur

!Reklam – Yazi

 

“Cütlüklər qarşı tərəfdən sevgililik, nişanlılıq vaxtı görmədiyi hərəkətləri evlilikdə görəndə qarşı tərəfi dəyişdirməyə çalışaraq, özünə bənzətməyə, xasiyyətinə uyğunlaşdırmağa çalışır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında cütlüklər arasında yaranan anlaşılmazlıqların səbəbləri və bunun gətirib çıxardığı nəticələr haqda danışan psixoloq Ezgi Şahin deyib.

Onun sözlərinə görə, cütlük olmaq hər dəfə bir-birini anlamaq, tamamilə bir-birinə bənzəmək demək deyil.

“Tərəflər bunu çox zaman səhv başa düşür. Lakin bəzən cütlüklər bu cür fəqlilikləri ilk üç ayda deyil, daha gec anlayırlar. Çünki bu dövrdə onlar arasında “maskalanma” olur. Yəni onlar özü kimi davranmayaraq, bir-birini aldadır. Buna görə də daha tez evlənərək, daha tez də boşanırlar”, – deyə o bildirib.

Psixoloq qeyd edib ki, mütəxəssislərin fikrincə, ilk üç ay tərəflərin bir-birini tanıma müddətidir:

“Bu zamanlarda insanın bəzən gözü bağlanır, qarşıdakının pis yönlərini görmür. Evləndikdə isə cütlüklərin bir-birinə tələbləri fərqli olduğuna görə onlar “sən belə deyildin”, “çox dəyişmisən”, “eyni deyilik,fərqliyik”, “mənə oxşamalısan” kimi sözlərlə bir-birini günahlandırır. Cütlüklər qarşı tərəfdən sevgililik, nişanlılıq vaxtı görmədiyi hərəkətləri evlilikdə görəndə qarşı tərəfi dəyişdirməyə çalışaraq, özünə bənzətməyə, xasiyyətinə uyğunlaşdırmağa çalışır. Bu da sonradan evlilikdə boşanmalara gətirib çıxarır”.

Psixoloq deyib ki, indiki dövrdə boşanmaların səbəbinin digəri isə cütlüklər belə vəziyyətdə artıq münasibətlərini düzəltmək üçün çözüm yöntəmi axtarmağa çalışmamasıdır:

“İnsanlar artıq qarşı tərəfi başqaları ilə müqayisə edir. Daha sonra sevdiyi şəxsə qarşı tələbləri artır və qarşı tərəf bunu həyata keçirə bilmədikdə isə sonda bu boşanmalara qədər gəlib çıxır. Nəzər yetirsək, ölkəmizdə son bir ildə boşanmalar sayında artım olduğunu müşahidə edərik. İlk növbədə, bu qarşı tərəfi dəyişdirmə çabası, onun ruh halını, hobbilərini, dostları ilə məsafə qoymasını istəməsi, ən sevdiyi yeməklərdən geyiminə qədər qarışmadır. Nəticədə bu qarşı tərəfi ruhən öldürməyə qədər gətirib çıxarır. Belə olan halda, qarşı tərəfdən xoşbəxtlik əldə edə biləməyən şəxs boşanmaya cəhd göstərir. Əvvəl sevərək etdiyi şeyləri, artıq etmirsə, onun üçün evlilik bir “heç” olmağa başlayır. Bir qapalı qutu bəlkə də, bir həbsxanaya çevrilir”.

İsmayıl Bakuvi

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv