!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağılan “tifaqlar”, sönən ocaqlar: “Belə getsə, fundamental ailə modelini qoruya bilməyəcəyik” - Psixoloqdan SOS SİQNALI

!Reklam – Yazi

Azərbaycanda bu ilin ilk 4 ayında nikah və boşanmaların sayı açıqlanıb. Dövlət Statistika Komitəsi ölkəmizdə bir günə 42, 4 aya isə 5118 boşanmanın qeydə alındığı haqqında məlumat yayıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayında azalma, boşanmalarda isə artma deməkdir.

Sürətlə artan boşanmaların səbəbi nədir, bunu qarşısını necə ala bilərik?

Məsələni Yenicag.az-a şərh edən Psixoloji və Sosial Dəstək İctmai Birliyinin rəhbəri, UM Psixologiya Mərkəzinin rəhbəri psixoloq Ülviyyə Murtuzova boşanmaların sayının artmasında bir neçə foktorun əsas rol oynadığını bildirib:

“Təəssüflər olsun ki, bu gün “mən ailəli xanımam”, “mən ailəli bəyəm” statusunu qazanmaq üçün ailə quran insanlar var və onların sayı günbəgün artmaqdadır. “Ailə qurum övladım olsun, gələcəkdə özümü sığortalayım” deyə bir anlayış formalaşıb. Bəziləri ona görə ailə qurur ki, maddiyyat və mülkə sahiblənsin, boşanandan sonra uşağa aliment, yardım alsın, gələcəyinin təminatını qursun”.

O, fundamental ailə tablosunun silinmək üzrə olduğunu təəssüf hissi ilə qeyd edərək, həyəcan təbili çalıb:

“Fundamental ailə tablosu və strukturu silinib deməzdim, amma ümumiyyətlə silinmək üzrədir. Artıq sağlam ailə düşüncəsi ilə formalaşan gənclərin sayı azalmaqdadır. Ailə qurub, boşanmağa bir biznes mənbəyi, qazanc mənbəyi kimi baxanlar var. Valideynləri xüsusilə qeyd etmək istəyirəm, ailə sözünün dörd hərfinin anlayışını bilməyən qızcığazlar, yeniyetmə oğlanlar buna sövq olunur. Həyatı anlamayan qızlara “sən bu evin gəlinisən”, – deyərək, azyaşlıların evliliyə sürüklənməsi halları baş alıb gedir. Burada birbaşa günahkar, səbəbkar, eləcə də məsuliyyət daşıyan şəxs valideyndir. Valideyn övladını doğru yola yönəltməli, ona ilk növbədə təhsilə yiyələndirməlidir.

Tez bir vaxtda övladından yaxasını qurtarmaq məqsədi ilə onları həyatı dərk etmədiyi yaş dövründə ərə verən, evləndirən, bədbəxt edən ata-analar var.

Sonuncda boşanmalarla nəticələnir”.

Cəvahir

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv