!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıstan Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycanla əlaqələr quracaq

!Reklam – Yazi

Dağıstan rəhbərliyi Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün Xəzər hövzəsi ölkələri ilə əlaqələr quracaq.

Yenicag.az xəbər verir ki, bu barədə Şərq İqtisadi Forumu çərçivəsində regionun rəhbəri Sergey Melikov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda regiondan nümayəndə heyəti İran və Azərbaycana səfər etməyi planlaşdırır.

“Bu gün biz Xəzər hövzəsinin bütün ölkələrini tərəfdaş hesab edirik. Burada nəqliyyat-logistika dəhlizinin inkişafı çərçivəsində bizə daha yaxın olanlarla bu marağı anlamaq üçün ardıcıl şəkildə işləyirik”, – deyə Sergey Melikov qeyd edib.

Sergey Məlikov həmçinin qeyd edib ki, regionun Azərbaycanla “yaxşı qonşuluq münasibətləri” inkişaf edib və bu gün ölkələr arasında yaradılan hökumətlərarası komissiya digər məsələlərlə yanaşı, nəqliyyat-logistika dəhlizinin imkanlarının genişləndirilməsi üçün keçid məntəqələrinin işinin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdən keçirir.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv