Reklam: High Technic
hightechnic

Dağıstanda silahlı insident - 2 hərbçi ölüb

Dağıstanda silahlı insident qeydə alınıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) iki hərbçisi ölüb.

İnsident Qerqa qəsəbəsində qeydə alınıb. Məlumata görə, yerli sakin məişət münaqişəsi zəminində odlu silahdan atəş açaraq “Rosqvardiya”nın iki əsgərini güllələyib. Hərbçilərin hər ikisi aldığı yaralardan hadisə yerində keçinib. Atəş açan şəxs saxlanılıb. Hadisənin səbəbləri müəyyənləşdirilir.

www.yenicag.az

1192