!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dağlar” MTK-ya qarşı ciddi ittihamlar…

!Reklam – Yazi

64939_srcYenicag.az veteninfo.az saytına istinadən bildirir ki,  vətəndaşlar bir neçə il öncə Bakı səhəri Nərimanov rayonu, Təbriz küç.63 ünvanında yerləşən 15 mərtəbəli binada yerləşən “Dağlar MTK”-dan mənzillər alıblar. Ancaq kooperativin rəhbər şəxsləri müxtəlif bəhanələrlə açarları  mənzil sahiblərinə verməkdən imtina edib və mənzil sahiblərini mənzillərinə yaxın buraxmır. Göndərilən məlumatda iddia edilir ki, mənzil sahibləri MTK rəhbərliyini onları niyə və hansı əsasa mənzillərinə buraxmadıqlarını üzə çıxarıblar. Bəli olub ki, koperativin sədri Şahin Əliyev bu mənzilləri iki və daha çox vətəndaşa satıb.

“Nəhayət, Avqust 2014-də Kooperativin Sədri Şahin Əliyev artan təzyiqlərə davam gətiməyib qaçıb gizlənib. Kooperativin Təsisçisi və bu dələduzluğun təşkilatçısı Çinqiz Rzayev hal hazırda onu gizlədir və müxtəlif hüquq-müdafiə orqanlarında “məsələni həll edir” ki, onları həbs etməsinlər.Vətəndaşların pulunu qaytarmaqdan isə söhbət belə getmir. Bizə, yəni aldadılmış vətəndaşlara özünün bu işlərdən tam xəbərsiz olduğunu söyləyir.  Bir fikir verin – kooperativdə 25-dən artıq saxta mənzil satılır, hərgün onlarla adam kooperativə gəlib Sədr Şahin Əliyevlə və oranın komendantı Əjdər ilə hay-küy salır, kooperativin sahibi Çinqiz Rzayev isə deyir ki, mənim heç nədən xəbərim yox idi !!!. Burada qeyd etmək yerinə düşər ki, bu işin təşkilatçıları və iştirakşıları olan Çinqiz Rzayev, Şahin Əliyev və komendant Əjdər çox yaxin qohumdurlar (xala oğlu, əmi oğlu) və hər gün “ işləri müzakirə etmək üçün” görüşürdülər.

Sentyabr ayına kimi şikayətçilərin ərizələrinə Nərimanov rayon polis idarəsi baxırdı. Avqustun 15-dən kooperativin sədri Şahin Əliyevə cinayət işi açılıb və onun haqqında “SAXLA” qərarı verilib. Ancaq Ş.Əliyevin xarici pasportunun olmadığını və onun hər gün həyat yoldaşı və oğlu ilə telefonla əlaqə saxladığı bəlli olsa da, ölkə ərazisində olan və heç də ”bərk” gizlənməyən Ş.Əliyevi saxlamaq “mümkün olmur”. Deyildiyi kimi Kooperativin Sahibi Çinqiz Rzayev bu məsələləri həll etməyə çalışır”.

Məlumatda o da vurğulanır ki,sentyabr ayından istintaq Baş prokurorluğun Korrupsiya ilə mübarizə İdarəsinə verilib. İşi müstəntiq Ziyafət Quliyev aparır.

“Təəsüf ki, istintaq ləng gedir. Zərərçəkənlərin bəzilərinin ifadəsi hələ də alınmayıb. Bu minvalla işin uzunması və sonunda heçə çlxmaq ehtimalı və təhlükəsi var. Çinqiz Rzayevə isə istintaq işi belə açılmır. Görünür Azərbaycanda ona “bata” biləcək dövlət orqanı tapılmlr. Bunun nəticəsi olaraq, artıq işin küllü miqdarda puldan və iri miqyaslı dələduzluqdan getdiyi bəlli olsa da, istintaq Çingiz Rzayevin və Şahin Əliyevin əmlakına həbs qoymaqdan imtina edir. Bu həbsi, əlbəttə, müstəntiqin təqdimatı ilə məhkəmə qoyur. Ancaq, təəsüf ki, məhkəmə qarşısında belə bir məsələ qaldırılmayıb.

Qeyd etdiyimiz kimi, dələduzluq əməllərinini, bu işin təşkilatçısı və pullarin böyük hissəsinin mənimsəmiş Kooperativin Sahibi-Təsisçisi Çinqiz Rzayevdir. Prokurorluqdan bizim istəyimiz Çinqiz Rzayevin də istitaqa cəlb edilməsi və onun çoxsaylı obyektlərinə həbs qoyulmasıdır”.

Redaksiyamıza göndərilən məlumatda o da vurğulanır ki, Çinqiz Rzayevə “Dağlar MTK”-nın Təbriz küç.63-də yerləşən 15 mərtəbəli binanın 1-ci və 2-ci mərtəbəsində yerləşən, bir ay öncəyə qədər mebel mağazası kimi fəaliyyət göstörən, ümumi sahəsi 1000 kv.m olan , bazar qiyməti 1 kv.m 3500 manat, ümumi qiyməti 3,5 million manat olan qeyri yaşayış sahsi məxsusdr. Bu mağaza artıq Çinqiz Rzayev tərəfindən satışa çixarılıb.Yeni Yasamalda “Dağlar MTK”ya məxsus olan binanın 1-c- və 2-ci mərtəbəsində yerləşən mağaza-bir ay öncə Çinqiz Rzayev tərəfindən 800 000 manata satılıb. Azadlıq prospekti və Teymur Əliyev küçələrinin kəsişməsində yerləşən, təxmini qiyməti 500 000 manat olan “GƏNCƏ” Kafe-Restoranı-da Cinqiz Rzayevə məxsusdur.  Onun Əhmədli qəsəbəsində də bir necə obyekti olduğu da qeyd edilməkdədir.

Redaksiyamıza göndərilən məlumatda qeyd edilir ki, “Dağlar” MTK-nın adı hələ 2008-ci ildən mənzil dələduzluğu və payçıların aldadılması əməllərində keçir. Bu əməllərə binaların tikintisinin yarımçıq qoyulması, fəhlələrin pullarının verilməməsi, bir mənzilin bir neçə adama satılması daxildir. Şirkət Bakının Yasamal, Binəqədi və Nərimanov rayonlarında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olub. Məsələn, “Dağlar” MTK-nın əməllərindən zərər çəkən bir qrup şikayətçi 2008-ci ilin noyabrında Prezident Administrasiyasına müraciət edib. Onların şikayətində bildirilirdi ki, “Dağlar” MTK-nın inşa etdiyi binadan mənzil almaq üçün kooperativə üzv olublar və müqaviləyə əsasən bina 2006-cı ilin sonu, 2007-ci ilin əvvəlində tikilib istifadəyə verilməli idi. Lakin bina yarımçıq qoyulub və “Dağlar” MTK rəhbərliyi onların pullarını geri qaytarmır.

Redaksiyadan: Qarşı tərəfin mövqeini də dərc etməyə hazırıq.

 

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv