!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dağlarda obam qaldı" filmi ictimaiyyətə təqdim olunacaq - VİDEO

!Reklam – Yazi

“İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Bir gün evimizə qayıdacağıq” layihəsi çərçivəsində çəkilmiş “Dağlarda obam qaldı” sənədli qısametrajlı filmin görüntüləri yayılıb.

Yenicag.az xəbər verir ki, İctimai Birlikdən verilən məlumata görə, layihənin əsas məqsədi bir əsrdə dörd dəfə öz yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza, Qərbi azərbaycanlılara qarşı ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasıdır.

Dörd ay müddətində reallaşacaq layihədə öz torpaqlarından zorla qoparılmış soydaşlarımızın keçirdikləri hislər, onlara dəymiş mənəvi ziyan, yaşadıqları qaçqın həyatı barədə hekayələri lentə alınaraq, beynəlxalq ictimaiyyətə erməni zorakılığının təzahürü kimi nümayiş etdiriləcək.

Qeyd edək ki, 30 il öncə öz yurdlarından zorla çıxarılmış insanların xatirələri əsasında hazırlanmış filmdə şirinli-açılı xatirələrlə bərabər, erməni zorakılığının nəticələri birdaha xfaktlar əsasında xatırlanıb. Həyat hekayələrindən ibarət olan çəkiliş materiallarının son versiyasının ictimai təqdimatı noyabr ayında reallaşacaq.

 

www.yenicag.az

404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv