!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq ərazidə yıxılaraq xəsarət alan şəxs təxliyə edildi

!Reklam – Yazi

Qax rayon sakini dağlıq ərazidə yıxılaraq xəsrət alıb.

Yenicag.az-ın məlumatına görə, Qax rayonu Zəyəm kənd sakini 30 yaşlı Zəfər Abdullazadə rayon mərkəzindən 27 km məsafədə İlisu kənd inzibati ərazisində İlisi Dağ Hamamı adlanan əraziyə gəzməyə gedərkən ehtiyatsızlıqdan yıxılıb.

Z. Abdullazadənin yıxıldığı yerdən təxliyə edilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, DİN-nin Qax rayon Polis Şöbəsinin əməkdaşları və Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) həkim briqadası əraziyə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Qaxda dağlıq ərazidə yıxılaraq xəsarət alan Zəfər Abdullazadə təxliyə olunub və hazırda müayinə olunması üçün xəstəxanaya aparılır./APA

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv