Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dağlıq Qarabağda Ermənistanın hiyləgər planı- Türk mediası yazdı

Reklam: Sinerji Pro

“Ermənilərin mülki vətəndaşlara qarşı hücumlarının səbəbi, azərbaycanlıları köçmək məcburiyyətində qoyaraq Azərbaycanın hərbi üstünlüyünə zərbə vurmaq istəməsidir. Rusiya Azərbaycana satdığı silahları ermənilərə müftə verir”

Yenicag.az xəbər verir ki, bu sözləri araşdırmaçı-yazar Aqil Ələsgər, “Türkiyə xəbər mərkəzi”nə Füzulidə baş verən qanlı təxribatı şərh edərkən deyib. Yenicag.az analitik internet qəzetinin baş redaktoru, Yasin Ərçağlayanın suallarını cavablandırıb:

“Ermənistanın son zamanlardakı mülki vətəndaşlara qarşı hücumlarını artırması orada yaşayan Azərbaycan vətəndaşlarını hökumət əleyhinə qaldıraraq köçməyə məcbur etmə planı ilə əlaqədardır. Beləliklə Azərbaycanın hərbi üstünlüyünə zərbə vurmaq istəyirlər”

Rusiya və Türkiyə bu mövzuya xüsusilə həssas yanaşsa da, burada qəribə bir vəziyyət yaranıb.

Aqil Ələsgər yaranmış vəziyyəti bu cür izah edib:

“Rusiya və Türkiyə məsələyə çox həssas yanaşır. Rusiya- Azərbaycan münasibətləri kifayət qədər yaxşıdır, ancaq Rusiyanın Ermənistanla da münasibəti çox yaxşıdır. Bu ölkə Azərbaycana silah satır. Əlaqələr ali səviyyədədir, amma Ermənistan o silahların eynisini pulsuz alır. Ermənistana dəstək Rusiyadan verilir. Azərbaycan hərbi əməliyyata başlayanda Rusiya hücumla qarşılıq verəcəyini bildirməsəydi, indi Dağlıq Qarabağ işğaldan xilas edilmişdi. Göründüyü kimi ön planda Ermənistanın olmasına baxmayaraq, arxa tərəfdə rus barmağı dayanıb.”

Baş redaktor sonda Azərbaycan-Türkiyə münasibətlərindən də bəhs edib:

“Azərbaycan və Türkiyənin taleyi ortaqdır. Daxildən və xaricdən bəzi qüvvələr bu ortaqlığa nifaq salmağa çalışır. Azərbaycan Türkiyənin yanında olduğu üçün davamlı olaraq ABŞ mətbuatı tərəfindən hədəf göstərilir. Hər cəhdlə Azərbaycan və Türkiyəni bir-birindən qoparmağa çalışırlar.”

Yenicag.az

www.yenicag.az

539
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM