!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi verildi

!Reklam – Yazi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 74-ə çatıb.

Yenicag.az xəbər verir ki, “Startap” şəhadətnamələri “Macrocode” MMC-nin kodlaşdırmanı asanlaşdıran onlayn platforması, “Krapp” MMC-nin kredit təşkilatları üçün kreditlərin verilməsi prosesini asanlaşdıran mobil tətbiqi, “Metaflix” MMC-nin milli filmlərin onlayn nümayiş platforması, “Monyo” MMC-nin restoranların məlumat bazası və elektron menyu xidməti, “Tutorlab” MMC-nin onlayn təhsil idarəetmə platforması, fərdi sahibkar Tərxan Yusibovun usta və servis xidmətləri üçün onlayn platforması üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv