!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha 6 telekanalın lisenziyası dayandırıldı

!Reklam – Yazi

Moldovanın baş naziri Dorin Recean bəyan edib ki, Fövqəladə Hallar Komissiyası daha 6 telekanalın lisenziyasını dayandırıb.

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, qərar İnformasiya və Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında verilib. Onlar bildiriblər ki, kanallar xarici maraqları təbliğ edir və ölkənin informasiya təhlükəsizliyinə təhdiddir.

Oktyabrın 24-də məlum olub ki, Moldova məxfi xidməti 20-dən çox Rusiya onlayn mediasına girişi əngəlləmək qərarına gəlib. Qara siyahıya Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VGTRK), Mir, NTV, Rossiya Seqodnya, REN TV, Zvezda, Vesti, RTR-Planeta telekanallarının saytları daxil edilib.

Bəyanatın mətnində deyilir ki, provayderlərə moldovalı istifadəçilərin bu KİV-lərə çıxışının qarşısını almaq barədə əmr göndərilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Moldova hakimiyyətinin belə bir qərarını düşmənçilik addımı hesab edir./Qaynarinfo

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv