!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Daha acı hadisələrlə qarşılaşacağımızla bağlı çox ciddi qorxularım var" - Ermənistanın keçmiş xarici işlər naziri

!Reklam – Yazi

Daha acı reallıqla qarşılaşacağımızla bağlı ciddi qorxularım var”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“İndiki hakimiyyətin dövründə və onların ucbatından xalqımız böyük fəlakətdən keçib və keçir: Qarabağ itkisi, qurbanlar. Və bütün bunlar hələ də davam edir, biz həqiqətən hansı fəlakətlərlə üzləşə biləcəyimizi bilmirik”, – Oskanyan qeyd edib.

O hesab edir ki, Ermənistan-Azərbaycan arasında aparaılan sülh müqaviləsi üzrə danışıqlar həm də Ermənistan-Türkiyə danışıqları hesab olunacaq.

“Həm Türkiyə, həm də Azərbaycan bu danışıqların nəticəsində eyni dərəcədə maraqlıdır, nəticə nə olursa olsun, hər ikisini maraqlandıracaq.

Nəzərə alaq ki, bu sülh müqaviləsi üzrə danışıqları hər şeyi uğursuzluğa düçar edən bu hakimiyyət aparır.

Biz Qarabağı itirmişik, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindədir. Görürük ki, danışıqlar masasında Türkiyə və Azərbaycanın razılaşma yolu ilə əldə edəcəyi vədlər var.

Mən daha həssas və acı reallıqla qarşılaşacağımızdan çox ciddi qorxuram və narahatam”, – Oskanyan bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

155
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv