!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

!Reklam – Yazi

Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa uçuşlara başlayır.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkətin Mətbuat xidməti yayıb.

Moskvadan Bakıya uçuşlar mayın 4-dən başlayacaq və cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Moskvaya reyslərə isə mayın 5-i start veriləcək və həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Uçuşun müddəti 3 saat 30 dəqiqə təşkil edəcək və 100 yerlik “SSJ 100” təyyarələri ilə həyata keçiriləcək.

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv