Daha bir azərbaycanlı referi ÇL oyunlarına təyinat aldı

Azərbaycanlı referi Çempionlar Liqasının oyunlarına təyinat alıb.

Yenicag.az-in AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb. O, futzal üzrə UEFA Çempionlar Liqasının əsas təsnifat mərhələsinin 4-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Sportinq” (Portuqaliya), “Kayrat” (Qazaxıstan), “Lida” (Belarus) və “Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.