Polisə yumruq atan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Demokratik Bölgələr Partiyasından (DBP) olan millət vəkili Salihə Aydənizin mandatı əlindən alına bilər.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, polisə yumruq atan deputat haqqında Ankara Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılıb.
Araşdırma ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə göndərilib. Nazirlikdəki araşdırma da tamamlanaraq sənədlər TBMM-ə göndərilib.
TBMM komissiyası həftənin cümə axşamı günü toplanacaq və deputatın toxunulmazlığının ləğv olunması məsələsinə baxılacaq.
Mətbuatın yazdığına görə, Aydənizin mandatını itirməsi ehtimalı güclüdür.