!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir erməni təxribatı: “Əgər bizə sülh lazım deyil deyirlərsə...” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Azərbaycan üçün sülh ərazilərinin 30 illik erməni işğalı altında qaldığı müddətdə lazım idi. Hazırkı vəziyyətdə isə sülh məğlub Ermənistana lazımdır”.

Bunu Ermənistan-Azərbaycan liderlərinin görüşünün gözlənildiyi ərəfədə Ermənistanın təxribatlara əl atmasından danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırkı proseslər Ermənistanın sülh barədə verdiyi bəyanatlarının heç bir əsası olmadığını göstərir:

“Ermənistan sülh proseslərində heç bir zaman səmimi mövqe sərgiləməyib. İndi də belə bir niyyəti yoxdur.

Daha əvvəl də etdikləri kimi, iki ölkə liderinin görüşü ərəfəsində Ermənistan genişmiqyaslı təxribatlara əl atdı. Erməni təxribatlarının qarşısının alınması üçün Azərbaycan əlindəki bütün imkanlardan istifadə edəcək. Ermənistan atdığı təxribat addımları sülh danışıqlarını şübhə altına salır. Azərbaycan ordusunun hərbçisi öz tarixi torpağından açılan atəşlə xəsarət alırsa, belə bir vəziyyətdə sülh danışıqlarından söhbət gedə bilməz.

Azərbaycan üçün sülh ərazilərinin 30 illik erməni işğalı altında qaldığı müddətdə lazım idi. Hazırkı vəziyyətdə isə sülh məğlub Ermənistana lazımdır. Əgər sülh bizə lazım deyil deyirlərsə, Azərbaycana heç lazım deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv