!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir erməni TƏXRİBATI: "Onlarla anladıqları dildə danışmaq lazımdır"

!Reklam – Yazi

“Erməni tərəfi ancaq gücdən anlayır, onlarla anladıqları dildə danışmaq lazımdır”.

Bunu Qarabağın işğaldan azad edilməmiş ərazisində yaşayan ermənilərin törətdiyi təxribatlar, Arayik Arutyunyanın Azərbaycana gətirilməsi ilə bağlı səslənən iddialara münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, erməni tərəfinin hər təxribatına qarşı Azərbaycan ordusu cavab verməlidir:

“Arayik Arutyunyan özü öz dili ilə özünü bəlaya salıb ki, ondan çıxa bilməz. O bildirdi ki, Gəncə hadisələrini o törədib, onun əmri ilə törədilib. Özü etiraf edib. Bunu gizlədə bilməzlər.  Baş Prokurorluğun bəyanatı da baş düşüləndir, onlar həbs olunub gətirilməlidir. Ermənilər də bunu yaxşı bilir. Qondarma quruma 435 milyon dollarlıq büdcə formalaşdırıblar. Müəyyən qədər hiss olunur ki, burada açılmayan nüanslar var. Ermənistan 296 milyon dollar qondarma quruma vəsait verir. Yerdə qalan vəsait haradan gəlir, bu məlum deyil. Nə Rusiya, nə də ermənilər verdiyi sözə əməl etmir. Azərbaycanı təxribata çəkirlər. İndiki məqamda hiss olunur ki, dövlət ərkanının bu təxribata getmək fikri yoxdur. Müəyyən qədər işlər var ki, biz bunları səbrlə həll etməliyik.

Düşünürəm ki, Azərbaycan ordusu heç kəsə və heç nəyə baxmadan dərhal müdaxilə etməlidir. Düşmənə güzəştə getmək yalnışdır. Hiss olunur ki, Azərbaycan hakimiyyəti təxribatlara getmək istəmir. Ermənilər də arxalarında güc, qüvvə hiss etməsə, bu cür təxribat xarakterli addımlar atmazlar”.

Səxavət Məmməd

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv