Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Daha bir ev yandı

загруженное (1)Balakən rayonunda fərdi yaşayış evi yanıb.

Yanğın rayonun Qazma kəndində Qüdrət Şəhmir oğlu Ukalayevə məxsus, ümumi sahəsi 125 kvadratmetr olan birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Qüdrət Ukalayevə məxsus evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

Loading...

www.yenicag.az

439