!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir kəndə ilk dəfə təbii qaz verildi - Ağstafada

!Reklam – Yazi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Ağstafa rayonunun Ağgöl kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Yenicag.az “Azəriqaz” İB-yə istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki,100 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1 107 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 6 674 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Ağstafa rayonunun Böyük Kəsik kəndində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.

www.yenicag.az

1583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv