!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Putinin bütün addımları daxili auditoriyada güclü görünmək məqsədi daşıyır" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya hazırda Avropa İttifaqı ölkələrinə qaz verilişini dayandırmaqla kontur sanksiya adı altında özünü böyük dövlət göstərməyə çalışır”.

Bu sözləri Rusiyanın Avropa İttifaqı ölkələrinə təbii qaz nəqlini dayandırmasını şərh edən sabiq millət vəlkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nazim Bəydəmirli bildirib ki, Rusiya atdığı bu addımla heç nə qazana bilməyəcək:

“Rusiya özünü böyük dövlət göstərmək kimi addımlar atmaq niyyətində olur. 2008-ci ildə Rusiya Gürcüstana təcavüz edən zaman da, 2014-cü ildə Ukraynaya təcüvüz edən zaman da bəzi sanksiyalara məruz qaldı. Ancaq əsas sanksiyalar Krımı işğal edən zaman baş verdi. Rusiya hazırda qaz verilişini dayandırmaqla kontur sanksiya adı ilə özünü böyük dövlət göstərmək üçün addım atdı. Rusiyanın müxtəlif şəxslərin ölkəyə buraxılmaması, bəzi şirkətlərin Rusiyadakı aktivlərini dondurması kimi sanksiyaları gülüş obyektidir.

Konkret qazla bağla dünən məlumat açıqlandı ki, Avropa İttifaqı ölkələri Rusiyadan qaz təchizatını təqribən 48 faiz azaldıblar. ABŞ da öz tərəfdaşlarını tək buraxmamaq haqqında məlumat verib və addımlar atır. Maye qazın çatıdırılması üçün limanlar təchiz olunub, gəmilər istifadə edilir. Avropa qışda donan deyil. İstehsal sahələrində müəyyən problemlər yarana, iqtisadi inkişaf tempi bir qədər yavaşlaya bilər. Avropa İttifaqında Rusiyadan xammal alan, Rusiya ilə iqtisadi əlaqələri sıx olan ölkələr var. Rusiyanın tətbiq etdiyi sanksiyalar ölümcül deyil. Rusiya özü də başa düşür ki, alternativ enerji mənbələrindən daha çox istifadə olunur. İsveç kimi şimal ölkəsində elektirik enerjisinin 50 faizə yaxını alternativ enerjidən təmin olunur. Yeni texnologiyalar imkan verir ki, təbii resuslardan asılılığı azaltsınlar. Atom enerjisindən elektirik enerjisinin alınması sürətlənəcək və daha da inkişaf edəcək. Rusiya nə qazanacaq? İtirdiyi bazarı geri qaytarmaq mümkün olmayacaq. Avropa üçün alterativlər mövcuddur.

Putinin bütün addımları daxili auditoriyada güclü görünmək məqsədi daşıyır. Rusiya neftini alan ölkələrə belə sanksiya tətbiq oluna ilər. Bu səbəbdən Rusiya bazarda 100 dollara satılan neftini 60 dollara satır”.

Səxavət Məmməd

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv