Daha bir klub futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda iştirakdan imtina edib.
Yenicag.az xəbər verir ki, söhbət Bakının “Binə” klubundan gedir.
Bu barədə klub prezidenti Teymur Həsənli açıqlama verib.
Klub olaraq divizionda iştirakdan imtina etdiklərini söyləyən Həsənli bildirib ki, aşağı liqa ətrafında baş verənlər nə şəxsinə, nə də kluba yaraşan nəsnələrdir. Klub prezidenti onu da əlavə edib ki, “Binə” başqa liqalar üzrə yarışa bilər.
T.Həsənli onu da əlavə edib ki, bundan sonra daha çox aşağı yaş qruplarının inkişafına diqqət ayrılacaq.
Qeyd edək ki, “Binə” futbol klubu birinci divizionda ötən mövsüm debüt edib. Bakılılar mövsümü 7-ci pillədə başa vurub.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin məlum qərarlarından sonra “Qəbələ”nin əvəzedici komandası da birinci diviziondan iştirakdan imtina edib.
Emin Səfərov