!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının daha bir mərkəzi küçəsində sürət həddi endirildi - YENİLƏNDİ + FOTO

!Reklam – Yazi

Bakının Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.

Xatırladaq ki, bu gün Bakının Səməd Vurğun küçəsində də sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

***

12:23

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarə olunması məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Yenicag.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.

28 avqust tarixindən paytaxtın Səməd Vurğun küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edirik.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv