!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir müəssisədə nöqsanlar aşkarlandı - FOTO

!Reklam – Yazi

Bərdədə sanitar qaydalara əməl etməyən günəbaxan tumlarının emalı müəssisəsi aşkarlanıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bərdə rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Zaur Abuzər oğluna məxsus günəbaxan tumlarının emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.

Baxış zamanı sexdə qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müəyyən edilib.

Belə ki, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsul çeşidlənməsinin avadanlıqlarla yanaşı əllə də həyata keçirildiyi, təmizliyə nəzarət edilmədiyi, anbarda məhsulların divara bitişik halda saxlanıldığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, istehsal edilən məhsulun etiket göstəricilərinin (qida və enerji dəyəri) normativ sənədə uyğun gəlmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

 

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv