!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Daha bir neçə qələbədən sonra rusiyalılar qaçmağa başlayacaqlar” – Müdafiə naziri

!Reklam – Yazi

“Elə bir vəziyyətdir ki, müdafiə xətlərindən biri dağılan kimi pərən-pərən düşəcəklər”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna ordusunun uğurla davam etdirdiyi əks-hücum kampaniyasını dəyərləndirən ölkənin müdafiə naziri Aleksey Reznikov deyib.

Nazirin sözlərinə görə, kampaniyanın indiki mərhələsində müharibənin nə zaman yekunlaşacağına dair proqnoz vermək tezdir:

“Cəbhədə daha bir neçə qələbəmizdən sonra rusiyalılar qaçmağa başlayacaq. Hissiyyatım mənə bunu deyir.

Ancaq biz onların logistika zəncirini, silah anbarlarını və başqa zəruri təsisatlarını darmadağın edirik.

Belə olan halda, sual yaranır: Onlar hara qaçacaqlar? Həm də onların mənəvi durumu… Elə bir vəziyyətdir ki, müdafiə xətlərindən biri dağılan kimi pərən-pərən düşəcəklər”.

Lakin müharibənin nə zaman yekunlaşacağı haqda indidən nəsə söyləmək hələ tezdir”.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv