!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daha bir ölkədən Rusiyaya İMTİNA: Su-35-in bazarı “daralır”

!Reklam – Yazi

Rusiyanın Su-35 yeni nəsil qırıcısını almaqdan imtina edən ölkələrin sırası genişlənir.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, İndoneziya Rusiyadan Su-35 qırıcıları almaq planını ləğv edib.

Məlumata görə, İndoneziyanın Hərbi Hava Qüvvələri (HHQ) Su-35-lərə alternativ olaraq “Boeing F-15EX Eagle II” və “Dassault Rafale” təyyarələrinin alınmasını nəzərdən keçirir.

Bu barədə planı İndoneziya HHQ Baş Qərargahının rəisi aviasiya baş marşalı Fəcər Prasetio açıqlayıb.

Fəcər Prasetio “Həlim Perdanakusuma” aviabazasında çıxışı zamanı bildirib ki, “Boeing F-15EX Eagle II” və “Dassault Rafale” təyyarələrinə üstünlük verilməsi barədə qərar Müdafiə Nazirliyi ilə birlikdə qəbul olunub.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv