Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında Səfirliyi açılıb.
Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, XİN-in Dövlət Protokol İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.