!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir parataekvondoçumuz Avropa çempionu oldu

!Reklam – Yazi

Azərbaycanın daha bir parataekvondoçusu Avropa Paralimpiya Çempionatında qızıl medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Yenicag.az-a verilən məlumata görə, 80 kq-da çıxış edən Əbülfəz Abuzərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 10 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq), Amin Şıxalıyev (taekvondo, 63 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv